QUBADA MEMUR OZBASHNALIGI - 3



QUBADA MEMUR OZBASHNALIGI - 3














Quba Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Quba şəhər Bələdiyyəsi, Quba Rayon Torpaq Şöbəsi, Quba Rayon Əmlak Komitəsi,
Azərbaycan Dövlətinə və onun qanunlarına, Azərbaycan Respublikasının Prezidentinə mənsub Azərbaycan Respublikasının İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Məhkəmə hakimiyyətinin qərarlarına və Azərbaycan Respublikasının Konstutisiyasi ilə nəzərdə tutulan qanunlara təsir etmək iqtidarında olmalarını 27 iyun 2011-ci il tarixdə özbaşınalıqla nümayiş etdirdilər.
Quba şəhər Bələdiyyəsi sədrinin, Quba Rayon Torpaq Şöbəsinin müdiri Allahverdinin və Quba Rayon Memarlıq Şöbəsinin, birgə törətdikləri - vəzifə səlahiyyətlərindən sui--istifadə, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə, vəzifə saxtakarlıqları, vəzifə səlahiyyətlərini aşma, korrupsiya cinayətlərini ört-basdır etmək, qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyul 2010-cu il tarixli, № 2(102)-2149/10 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli № 2(102)-2149/10 saylı qərarlarını qərəzli icra etməmə və ona qanunsuz təsir etmə, sahiblikdən qanunsuz məhrumetmə və onu pozma-özbaşınalıq cinayət əməllərini ört-basdır etmək məqsədi ilə bu gün, 27 iyun 2011-ci il tarixdə Quba şəhər İHB-nın müavini Sahib, həmin aparatın hüquqşünası Hikmət Yasinov, həmin aparatın memarı Fikrət, Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, Quba Rayon Torpaq Şöbəsinin müdiri Allahverdi və digər onlarla olan şəxslər, bir neçə polis əməkdaşlarının iştirakları ilə, bizim qanuni sahibi olduğumuz Quba şəhəri Fətəli xan küçəsi 35 saylı fərdi yaşayış
evimizin həyətyanı torpaq sahəsinə daxil olaraq bizə və bizim yetkinlik yaşına çatmayan qizımıza qarşı fiziki güc-zor tədbiq edərək texnika vasitəsi ilə həyətyanı torpaq sahəmizin giriş hissəsinin darvazasını sındıraraq və hasarın hissəsini dağıldaraq tərkibində özbaşınalıq cinayətinin əməlləri olan hərəkətlər törətmişlər.
Hadisə zamanı həmin vəzifəli şəxslər "Xtv" teleşirkətinin çəkiliş qrupunu cəlb etmiş, video çəkiliş aparmış, özlərinin törətdikləri özbaşına cinayət əməllərini ört-basdır etmək məqsədi ilə çəkilişlər montaj edilərək saxtalaşdırılmaqla efirə verilmiş və hadisədə iştirak edən həmin vəzifəli şəxslər hadisə barədə yalan ifadələrdən istifadə edərək izahat, akt, raport tərtib etmişlər.
Hadisənin video görüntülərini səsini, biz və hadisə yerində olmuş digər şəxslər mobil telefonun video kamerası ilə çəkilişini etmişik. Həmin video çəkilişləri rəqəmsal disklərə köçürərək 29 iyun 2011-ci il tarixli ərizəyə əlavə etmişəm.

Комментариев нет:

Отправить комментарий