Dayə uşağı döyərək öldürdü
Abşeron rayonunda dayə 1 yaşlı uşağı öldürüb. Daxili İşlər Nazirliyinin saytından yayılan məlumata görə, Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da 1 yaşlı Elmir Mehdiyevə ölümlə nəticələnən xəsarətlər yetirib hadisə yerindən qaçmış onun dayəsi, Xırdalan şəhərində kirayədə yaşayan Tovuz rayon sakini Ziyafət Məmmədova həbs olunub.
Hadisənin təfərrüatlarına gəlincə Abşeron rayon sakini Fərqanə Qurbanova 1 yaşlı oğlu, Elmir Mehdiyev saxlamaq üçün ötən il dayə tutub. Həmin dayə 27 yaşlı Tovuz rayon sakini Məmmədova Ziyafət Maarif qızı isə bu ilin fevral ayının 29-da körpə uşağı işgəncə ilə qətlə yetirib.
Məlumata görə, hadisə baş verən gün Ziyafət Məmmədova ilə bərabər, həmin evdə tanışı olan bir oğlan da olub. Onlar evdə olarkən uşaq ağlamağa və dayəni narahat etməyi başlayıb. Dayə nə qədər çalışsa da, uşağı sakitləşdirə bilməyib. Özündən çıxan dayə televizorun pultu ilə 1 yaşlı Elmirin başına, gicgahına zərbələr endirib. Uşağın səsini kəsə bilməyən 27 yaşlı dayə hətta alışqanla onun bədənini bir neçə yerdən yandırıb.
Verilən məlumata görə, Z.Məmmədova qətlə yetirdiyi körpənin valideynlərinin icazəsi ilə həmin mənzildə yaşayırmış.
Faktla əlaqədar cinayət işi başlayıb, hadisəni törətdikdən sonra evi tərk etmiş Z.Məmmədova həbs edilib.
Facebook: http://www.facebook.com/pages/Kanal13tv/128443327190754
Twitter: https://twitter.com/#!/Kanal13_Baku
Website: http://kanal13.tv/
Комментариев нет:
Отправить комментарий